Facebook  Twitter  YouTube

Şirkət haqqında

about

“AMASS Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Əsas fəaliyyət sahəsi PVC-dən profillərin istehsalı avropa standartlarına uyğun Alman texnologiyası ilə PVC və alüminiumdan qapı və pəncərə bloklarının, arakəsmələrin, şüşəbəndlərin və s. istehsalı, qapı və pəncərə istehsalı üçün lazım olan xammal materialların, aksesuarların, dəzgahların və s.-lərin satışıdır.

Şirkətin bu prosesi yerinə yetirmək üçün geniş bazası, Almaniyadan gətirilmiş müasir dəzgahları, Türkiyədə geniş təcrübə keçmiş yüksək ixtisaslı ustaları, çatdırılma və quraşdırma üçün nəqliyyat vasitələri vardır.

“AMASS Group” sənaye və ticarət şirkətinin Bakı şəhərində ofisi fəaliyyət göstərir. Ofis müştərilərin bütün suallarına cavab verə biləcək mütəxəssislərlə təmin olunmuşdur.

Şirkətə telefonla müraciət etməklə sifariş vermək olar. Firmamız beynəlxalq əlaqələrini də inkişaf etdirərək Türkiyə, Almaniya, Rusiya, Belarus və digər ölkələrdəki aparıcı firmalarla sıx əməkdaşlıq edir. Bu amil işlərimizin keyfiyyətində ən mühüm faktorlardan biridir.

PVC profillərin istehsalı

1

Firmamızın ayrıca istehsalat sahəsi mövcuddur ki, burada avropa standartlarında Alman texnologiyası ilə PVC profil istehsal edilir.

PVC və alüminium profillərin və aksesuarların satışı

2

Firmamız yerli və xaricdən gətirilmiş profillərin, aksesuarların və dəzgahların satışı ilə məşğuldur ki, bunun üçün yetərli sahəsi olan anbara sahibdir.

Fasad və cəbhə işlərin görülməsi

3

Binalara gözəllik verən fasad və cəbhə işlərinin görülməsi şirkətimizə ayrı bir yer tutur. Bu işlərə nümunə olaraq bir çox bina və ticarət obyektini misal gostərmək olar ki, bu obyektlərin hər biri indi şəhərimizin memarlıq üslubuna ayrı bir gözəllik qatır.

PVC, alüminium, şüşə, fotosell və digər növ qapı və pəncərələrin istehsalı, şüşə balkon sistemlərinin (cam balkon) quraşdırılması

4

Şirkətimiz ayrı-ayrı layihələrdə qapı-pəncərə və şüşə balkon sistemlərinin (cam balkon) quraşdırılması ilə də müştəri bazasını günbəgün genişləndirməkdədir. Bu sahadə yüksək ixtisaslı mütəxəssislərimizin olması işlərimizə zamanət verməyə imkan verir.

Ağcaqanad torlarının quraşdırılması

İsti yay günlərində rahatlığımıza imkan verməyən ağcaqanadlardan qorunmaq artıq çətin deyil. PVC və alüminium pəncərə sistemləri üçün özəl olaraq istehsal olunan ağcaqanad torları evlərimizə ağcaqanadların girməsinin qarşısını alır.

Üfüqi və şaquli jalüzlarin istehsalı

Pəncərələrə xüsusi gözəllik verən jalüzlərin istehsalı şirkətimiz üçün müştərilərə təqdim etdiyi məhsullardan biridir.

Ağac-alüminium qapı-pəncərə sistemləri

Qapı-pəncərə sistemində ağac-alüminium qarışığı olan qapı-pəncərələr günümüzdə yeni bir trend olaraq daxil olub ki, bu da qapı-pəncərələrdə xüsusi diqqət və dizayn, eyni zamanda istilik və səs izolyasiyasına əhəmiyyət verən müştərilərimiz üçün uyğun bir seçim olaraq təqdim olunmuşdur. Burada rəng çeşidi və dizayn müxtəlifliyi müştərilərə geniş seçimə imkan verir.